4.1.6. Torf-mineral kompost qarışığı
Torf-mineral kompost, qarışıqlar gübrə kimi sahələrə verilir. Tərkibi zəngin olan bu qarışıq da peyin dağıdan qurğularla səpələnir. Torfdan hazırlanan kompost bitkilərə faydalıdır (Şəkil 4.6).
4.1.7. Üzvi gübrələri dağıdan texnika
Üzvi gübrələri dağıtmaq üçün dağıdıcılardan istifadə edilir. Peyin dağıdanların səpələyici işçi orqanı şaquli və üfüqi vəziyyətdə yerləşən olur. Şəkil 4.7-də böyük yükgötürmə qabiliyyətli, yarım qoşma peyini şaquli səpələyən aqreqatın işi göstərilmişdir. Göründüyü kimi bu texnikanın peyini səpələyən işçi orqanları şaquli vəziyyətdə yerləşir və peyini aqreqatın hərəkət istiqamətinə köndələn istiqamətdə dağıdır.
4.1.8. Şaquli yerləşmiş səpələyici işçi orqanlı peyin dağıdan
Peyin, maşının arxasında şaquli və ya üfüqi vəziyyətdə yerləşmiş qarşı-qarşıya fırlanan səpələyici şneklərlə səpələnir. Şaquli yerləşmiş səpələyici şnekli peyin dağıdan maşın şəkil 4.8-də verilir. Maşının əsas işçi orqanları 2 ədəd şnek tipli səpələyicidir. |