4.1.12. Üzvi gübrəni qabaq yan tərəfdən səpələyən peyin dağıdan maşın
Kuhn firmasının bərk üzvi gübrədağıdan maşınlarında gübrə dağıdan işçi orqan, ənənəvi olaraq banın arxa hissəsində deyil, ön hissədə yerləşdirilir və yanlara səpələyir (Şəkil 4.13).
4.1.13. Bərk üzvi gübrəni, yanda yerləşən işçi orqanla dağıdan maşının
Hi-Spec firmasının istehsal etdiyi gübrə dağıdan maşının yanda yerləşən işçi orqanları bərk üzvi gübrələri yan tərəfdən dağıdır. İşçi orqanlar böyük sürətlə işləyən zəncirdən və iri ucluqlu dağıdıcılardan ibarətdir (Şəkil 4.14). Banın en kəsiyi dairə formalı hazırlanır. Digər modellərdən fərqi, etibarlığının yüksək, banının tutumunun böyük olmasındadır. Banın həcmi 6,7 m3 və 8,4 m3 olur.
4.1.14. Üzvi gübrəni yandan dağıdan maşının işçi orqanları
Hi-Spec firmasının yana dağıdan maşınların üstünlüyü ondadır ki, əlavə olaraq iri ölçülü təkərlərlə, peyin tullayıcıların və zəncirlərin avtomatik yağlayıcısı ilə təchiz edilmişdir (Şəkil 4.15). Banı uzunsov formada hazırlanır, işçi orqanlar traktorun GAV-dan hərəkətə gətirilir.
4.2. Peyin şirəsi səpən maşınlar
Peyin şirəsi maye halda olduğu üçün torpağa tez hopur. Odur ki, bitkilər tərəfindən daha yaxşı mənimsənilir. Peyin şirəsi xüsusi maşınla səpilir. |