4.2.1. Westem WF-LS firmasının istehsalı olan peyin şirəsi səpən maşının sahədə işi
Maşın yarım qoşqudur və çəninin tutumundan asıl olaraq 100-150 a.q. gücündə traktorla aqreqatlaşır. Əməliyyat aqreqatın məkik hərəkəti ilə yerinə yetirilir. Şəkil 4.17-dən göründüyü kimi aqreqatın dönmə zamanı da işçi vəziyyətdə olur. Odur ki, dönmə zamanı ayrılmış dönmə zolağının eni ilməkli dönmədə olduğu kimi aqreqatın enindən 2 dəfə böyük olmalıdır.
4.3. Bərk və maye halında olan mineral gübrələrin səpilməsi
4.3.1. Mineral gübrələr
Mineral gübrələr dənəvər halda olur (Şəkil 4.18). Maşın traktorun arxa gedişi ilə asma mexanizminə asılır. Birləşdirilir və sahənin kənarında kisədə olan gübrələri maşının banına boşaldır.
4.3.2. Mineral gübrələrdən istifadənin bitkiyə təsiri
Mineral gübrə verilmiş sahədə bitkinin yerüstü və torpaq altı hissələri yaxşı inkişaf edir, yarpaqların rəngi şux olur. Bitkinin boyu və məhsuldarlığı artır. Şəkil 4.19-da yaxşı gübrələnmiş kartof əkinlərinin görünüşü verilmişdir. |