4.3.3. Gübrə verilməyən sahələrdə bitkilərin inkişafı zəifləyir
Gübrəverilən və verilməyən sahələrdə bitkilərin inkişafı fərqli olur, bu gözlə də seçilə bilir. Gübrəsiz sahələrdə bitkilər zəif inkişaf edir. Şəkil 4.20-də gübrə verilməmiş zəif inkişaf edən kartof sahəsi göstərilmişdir.
4.4. Qutulu (yeşikli) gübrə səpən
Hazırda müxtəlif tutumlu üzvi və mineral gübrə səpələyən maşınlar istehsal edilir. Türkiyənin Cansa, Karataş, Agroinal və başqa firmalarının istehsal etdiyi mineral gübrə səpən maşınlar hazırda təsərrüfatlarımızda geniş istifadə edilir. Cənubi Koreyanın IRIS firmasının istehsal etdiyi kiçik ölçülü-toz halında mineral gübrələri rəqsi hərəkətlə sağa-sola dönməklə səpələyən IRIS IP -900 markalı rəqsi hərəkətli mineral gübrə verən maşının təsviri şəkil 4.21-də verilmişdir. Gübrəsəpən maşının soplosu – səpələyici borusu reduktor vasitəsi ilə sağa sola dönməklə toz halında gübrəni sahəyə səpələyir.
4.4.1. Mərkəzdən qaçma prinsipi ilə mineral gübrə səpələyən maşınlar
Mərkəzdən qaçma prinsipi ilə işləyən diskli səpicili maşınlar mineral gübrələri sahənin səthinə mərkəzdən qaçma üsulu ilə səpir. Bu maşınların əsas işçi orqanı üzərində lövhələr olan disklərdir. Hazırda diskli səpicili mineral gübrə səpən maşınlardan geniş istifadə edilir (Şəkil 4.22). |