4.4.2. İki tərəfli kompost, gübrə verən maşın
Cənubi Koreyanın IRIS firmasının istehsal etdiyi çox funksiyalı GAV-dan hərəkətə gətirilən
IODD-1300J markalı iki tərəfli kompost, gübrə verən maşın şəkil 4.23-də təsvir
edilmişdir.
4.4.3. Yandan səpələyən mineral gübrə səpən maşın
Cənubi Koreyanın IRIS firmasının istehsal etdiyi IRIS 2000 markalı 2000 l gübrə tutumlu, 8-24
metr en götürümlü mineral gübrəsəpən maşının sahədə işi şəkil 4.24-də verilmişdir.
4.4.4. Gübrəsəpən maşınların traktorla aqreqatlaşması
Mineral gübrəsəpən maşınlar traktorun arxa gedişi ilə asma mexanizmindən asılır.
Üç nöqtəli asma mexanizminə birləşdirilir və sahənin kənarında kisədə olan gübrələri maşının
banına boşaldır (Şəkil 4.25).
|