4.4.7. Yemləndirici gübrə vermə
Vegetasiya dövründə verilən gübrə yemləndirici gübrə adlanır, əməliyyata isə yemləndirici gübrə vermə deyilir. Cərgədə bitkinin kök sisteminə yaxın yerə verilir. Yemləndirici gübrə vermə əsasən cərgəarası kultivasiya zamanı verilir. Kultivasiya ilə birlikdə yemləndirici gübrə vermənin sxemi şəkil 4.28-də verilmişdir.
4.5. Diskli və ya mərkəzdən qaçan gübrə səpən
4.5.1. Bir diskli mineral gübrə səpən maşın
Bir diskli asma mərkəzdən qaçma ilə səpələyən gübrəsəpən maşın traktorla aqreqatlaşır, gübrə çəni konusvari (trapes en kəsikli də olur) formada olur. Konusvari ona görə edilir ki, mineral gübrə tıxanmadan səpələyici diskin üzərinə tökülsün. Fırlanma hərəkətini traktorun GAV-güc ayıran valından alır (Şəkil 4.29).
4.5.2. Gübrənin səpələnmə sxemi
Bu tip gübrəsəpən maşınlar mərkəzdən qaçma prinsipi ilə işləyir. Gübrəsəpən disk böyük sürətlə fırlandıqda diskin üzərinə düşən gübrə hissəcikləri diskin üzərindəki lövhələrə toxunaraq kütləsinə görə mərkəzdən qaçma qüvvəsinin təsiri ilə uzaq məsafələrə atılır (Şəkil 4.30). |