4.5.3. İki diskli səpən aparatlı mineral gübrə səpən maşının texnoloji iş prinsipi
İki diskli səpən aparatlı mineral gübrə verən maşının iş prosesi, bir diskli maşında olduğu kimidir. Fərq ondadır ki, qarşı-qarşıya fırlanan iki disk vasitəsi ilə səpilir. İki diskli gübrəsəpəndə gübrənin səpələnməsinin texnoloji sxemi şəkil 4.31-də verilir.
4.5.4. Gübrənin iki diskli səpələmə aparatında paylanması və səpələnmə
İki diskli gübrəsəpən aparatlı maşında gübrənin bandan disklərin üzərinə bərabər miqdarda tökülməsi üçün gübrə axını ayrıcı qoyulur. Gübrə axını ayırıcı vasitəsi ilə gübrə disklərə paylanır və səpələnir (Şəkil 4.32). Disklər bir-birinin əksinə fırlanır, gübrə mərkəzdən qaçma prinsipi ilə kənarlara atılır.
4.5.5. Gübrənin sahəyə verim normasının nizamlanma mexanizmi
Gübrə səpən maşınla gübrənin sahəyə səpin normasını nizamlamaq üçün maşının üzərində xüsusi mexanizm qoyulur (Şəkil 4.33). Mexanizm vasitəsi ilə gübrənin səpən aparata verilmə miqdarı nizamlanır.
4.5.6. Səpələyici disklərin quruluşu
Gübrəsəpən aparatların səpələyici diskləri dairəvi formalı diskdən, üzərində 180 dərəcə və 90 dərəcə fərqlə yerləşdirilmiş 2 və 4 ədəd tamasadan ibarət olur. Tamasaların sayının və aralarındakı bucağın fərqli olmasında məqsəd gübrənin sahəyə bərabər paylanmasını təmin etməkdir (Şəkil 4.34). Disklər qarşı-qarşıya fırlanmaqla gübrənin bərabər ölçüdə səpələnməsini təmin edir. |