4.7.1. Bitkilərin yemləndirilməsi üçün maye gübrənin verilməsi
Yemləndirmə maye gübrə verən maşınlar qollu çiləyici tipindədir. Şəkil 4.44-də APJ-12 markalı maye gübrə hazırlayan və çiləyən texnikanın işçi vəziyyəti göstərilmişdir. Maye gübrə verən çiləyici texnikanın əsas işçi orqanları, nasos, hermetik şlanqlar, paylayıcı, çiləyici ucluqlardır. Çiləyici ucluqlar ölçülərinə görə kimyəvi məhlul çiləyicilərindən fərqlənir.
4.7.2. Herbisidlərin səpilməsi
Alaq otları ilə mübarizədə herbisidlərdən istifadə edilir. Herbisidlər sahəyə alaqların miqdarından asılı olaraq təsiredici maddə hesabı ilə hazırlanmış məhlul formasında səpilir. Herbisidlər çiləyicilər vasitəsi ilə səpilir (Şəkil 4.45). Maye mineral gübrələr xüsusi tərkibdə olduğu üçün müvafiq texnika ilə çilənməlidir. KAS- ammonium-nitrat və karbamidin 1:1 nisbətində sulu məhluludur. Bu maye gübrəni çiləyən aqreqatın iş prosesindən görünüş şəkil 4.46-da verilir.
4.8. Gübrə səpən maşınların işə hazırlanması. Səpələnmə, tarla kənarlarının gübrələnməsi
Malalama üçün torpaq şumlamada olduğu kimi hazırlanır. Payızlıq əkinləri malalamazdan əvvəl sahələrə mineral gübrə verilir. İki diskli mərkəzdənqaçan tipli AMAZONE markalı başdan-başamineral gübrə səpən maşın Şəkil 4.47-də verilmişdir. |