Sərbəst iş üçün tapşırıqlar
Yaşadığınız rayonda peyinin səpilməsi prosesində iştirak edin və aqreqatın iş prinsipini öyrənin;
Maye halında peyin şirəsinin səpələyiciyə doldurulması və səpilməsi əməliyyatını izləyin və torpağa şirənin necə töküldüyünü izah edin;
Rayonunuzda istifadə edilən peyin səpən texnikanın dağıdıcı qurğusunun üfüqi və şaquli yerləşdirilməsini müəyyən edin və işçi en götürümünü ölçün;
Rayonunuzda bərk halda olan mineral gübrələrin səpilməsində istifadə edilən maşının işçi orqanının tipini müəyyən edin;
Mərkəzdənqaçma qüvvəsinin təsiri altında gübrə dənəvərlərinin ətrafa səpələnməsini müşahidə edin;
Mineral gübrə səpənlərin səpici disklərinin üzərində olan tamasaların sayını müəyyən edin və hansı bucaq altında yerləşdiyini ölçün;
Dəqiq toxumsəpən maşınların işində iştirak edin;
Toxumların basdırılma dərinliyini, toxumarası və cərgəarası məsafəni yerində müəyyən edin;
Maye formada mineral gübrələrin səpinində iştirak edin və müşahidələrinizi qeyd edin;
Gübrə səpiləcək sahədə aqreqatın hərəkət üsulunu müəyyən edin;
Gübrəsəpən maşınların işə hazırlanması və səpin normasının qurulmasını müşahidə edin, ardıcıllığı qeyd edin.