Hər bir bitkinin aqrotexnikası ilə müəyyən edilmiş əməliyyatlar texnoloji xəritədə öz əksini tapır.
Bitkilərin aqrotexnikasında onlara müəyyən qulluq işləri nəzərdə tutulur. Bu qulluq işləri arasında yumşaltma, malalama və kultivasiya əsas əməliyyatlardır.
Malalar işçi orqanlarının tipinə görə dişli və diskli olur. Kultivatorlar işçi orqanlarının tipinə görə müxtəlif olur. Təyinatına görə kultivatorlar başdan-başa yumşaldan, cərgəarası yumşaldan və yemləndirici formada olur.
|