5.2.3. Aktiv işçi orqanlı rotavator
Maschio Gaspardo markalı aktiv işçi orqanlı şaquli fırlanan rotavator. Şaquli istiqamətdə fırlanmaqla torpağı 12-15 santimetr dərinlokdə yumşalda bilir. Asılandır İşçi orqanları traktorun GAV-dan hərəkətə gətirilir (Şəkil 5.4).
5.2.4. Dişli malaların işçi orqanlarının tipləri
Dişli mala ziqzaq, və qatlanan yan bölməli olur. Malanın dişləri kvadrat və dairəvi en kəsikli isgənə şəkilli olur (Şəkil 5.5). Torpağın üst səthini 2-4 sm-dən az olmamaqla yumşaldır, torpağı 3 sm-dən kiçik ölçüdə hissəciklərə xırdalayır.
5.2.5. İşgənə şəkilli işçi orqan
Dişli malaların torpaq becərən isgənə şəkilli işçi orqanı (Şəkil 5.6). İsgənə şəkilli işçi orqan malanın çərçivəsində olan kvadrat en kəsikli yarığa oturdulur və qayka ilə tərpənməz bərkinir. Bu ona görə elə edilir ki, malanın dişlərinin ucu yeyildikdə, əyildikdə, qırıldıqda yenisi ilə əvəz etmək asan olsun.
5.2.6. Dişli mala ilə malalama
Payızlıq taxıl və ot bitkilərini dişli mala ilə malalayarkən torpağın üst qaysağı dağıdılır, 2-4 santimetr dərinlikdə yumşaldılır (Şəkil 5.7). Becərilən bitkilərin zədələnməsi 5 faizdən çox olmalı deyil. |