5.2.7. Torşəkilli mala
Torşəkilli mala səpin aqreqatına arxadan qoşulur. Məqsəd toxumların üstünün torpaqla etibarlı örtülməsi və torpaq səthinin bərabər səviyyədə hamarlanmasıdır (Şəkil 5.8).
5.2.8. Cərgəli payızlıq əkinlərin malalanması
Cərgəli payızlıq bitkilərin əkinləri malalanarkən aqreqat cərgələrə köndələn istiqamətdə hərəkət etməlidir ki, alaqlar və zəif inkişaf etmiş bitki çıxışları daranaraq məhv edilsin (Şəkil 5.9) Bəzi hallarda cərgəarası becərilən bitkilərin cərgələrdə bitki arası məsafə kiçik olduğundan sıx olur. Bitki sıxlığını azaltmaq üçün, yəni seyrəltmə aparmaq üçün səpin cərgələrinin eninə - köndələn istiqamətdə mala çəkilir.
5.2.9. Mala aqreqatlarının sahədə hərəkət istiqaməti və hərəkət üsulu
Malalamanın yüksək keyfiyyətli olmasını təmin etmək üçün dişli və torlu mala aqreqatlarının sahədə hərəkət istiqaməti və hərəkət üsulu düzgün seçilməlidir. Bu zaman məkik hərəkət üsulunda sahənin sonunda ilməkli dönmə ilə hərəkət etməlidir (Şəkil 5.10). |