5.4. Dırmıqlar
Ot dırmıqları biçilmiş otu çevirmək, tirəyə yığmaq üçündür. Bunlar traktora asılan və qoşulan olur. İşçi orqanının tiplərinə görə fərqlənir.
5.4.1. Yaylı barmaqlı eninə asma dırmıq
Dırmığın yarın dairəvi barmaqları torpaqla təmasda olanda traktorun irəli hərəkəti zamanı biçilmiş otu darayaraq barmaqların altına toplayır (Şəkil 5.28). Ot kütləsi kifayət qədər yığıldıqdan sonra dırmıq qaldırılır və ot tirə halında sahədə qoyulur.
5.4.2. Yaylı barmaqlı dırmığın işçi orqanları
Yaylı barmaqlı dırmığın əsas işçi orqanı olan barmaqları cüt-cüt bərkidilir (Şəkil 5.29). Bərkinmə yerində yaylıdır. Bu ona görə edilir ki, barmaq maneəyə rast gələndə onu asanlıqla keçə bilsin. Yəni maneə barmağın altına düşəndə barmaq qalxır, yay sıxılır, maneəni keçəndən sonra yay onu əvvəlki vəziyyətinə qaytarır.
5.4.3. Yarımdairə formalı eninə dırmığın işçi orqanlarının çərçivədə yerləşdirilməsi
Yarımdairə formalı eninə dırmığın işçi orqanları bərabər ara məsafəsi ilə dırmığın eni boyunca yerləşdirilir. Şəkil 5.30-da 2 metr en götürümü olan dırmıqda barmaqların yerləşdirilmə sxemi göstərilmişdir. Şəkildə 1-barmaqları, 2-barmağın birləşdiyi tiri göstərir.
5.4.4. Yarım dairə formalı dairəvi en kəsikli dırmıq bəndi
Yaylı barmaqlı dırmığın barmaqları yarım dairə, düzbucaqlı qatlanmış və düz xətli formalı olur (Şəkil 5.31). |