Cərgəarası becərən kultivatorlar cərgəaralarında torpağı yumşaltmaq, alaqları məhv etmək, bitkiləri gübrə ilə qidalandırmaq, suvarma şırımları açmaq, bitkinin dibini doldurmaq və başqa işləri yerinə yetirmək üçündür.
Pambıq, kartof, çuğundur, qarğıdalı, günəbaxan və başqa cərgəarası becərilmə bitkilərin cərgəarası fərqlidir.
Lakin cərgəarası becərən kultivatorlar eyni məqsəd daşıyır.
5.5.5. Cərgəarası becərən kultivatorların işçi orqanları
Cərgəarası becərmə əməliyyatları bitkiləri gübrə ilə qidalandıran kultivatorlarla yerinə yetirilir. Bu kultivatorların müxtəlif işçi orqanları-pəncələri olur. Becərilən bitkidən və torpağın tərkibindən asılı olaraq şəkil 5.43-də göstərilən pəncələr tətbiq edilə bilər.
5.5.6. Kultivator pəncələrinin cərgəarasında quraşdırılması
Bitkilərin cərgə aralarında torpağı becərmək üçün pəncələrin quraşdırılması sxemi şəkil 5.44-də göstərilmişdir. Hər üç halda işçi orqanların gedişləri arasında üstörtmələr qoyulmalı, bitkinin qoruyucu zonası gözlənilməlidir. |
1 - İkitərəfli oxvari və ya qazayağı pəncə;
2 - Yumşaldıcı pəncə; 3 - İsgənəşəkilli pəncə; 4 - Qidalandırıcı pəncə; 5 - Arx açan pəncə; 6 - Dibdolduran pəncə; 7 - Laydırlı-üst örtən pəncə; 8 - İynəli yumşaldıcı pəncə. |