5.5.7. Kultivator pəncələrinin becərmə dərinliyinə nizamlanması
İşçi orqanları çərçivədə yerləşmə vəziyyəti yoxlanılır. Kultivator pəncələrinin (Şəkil 5.45, 9) becərmə dərinliyinə nizamlanması üçün istiqamətverici dayaq təkərlərinin (3) altına becərmə dərinliyindən 1-2 santimetr az qalınlıqda dayaq qoyulur. Pəncələr (9) döşəmənin səthinə toxunana qədər aşağı endirilir və çərçivəyə bərkidilir (7, 10).
5.5.8. Kvadrat-yuva üsulu ilə səpilmiş əkinlərin cərgəarasının kultivasiyası
Kvadrat-yuva üsulu ilə səpilmiş qarğıdalı, günəbaxan, və digər bitkilərin cərgəarası becərilməsi-kultivasiyası zamanı çarpaz gedişlərin göstərilən sxem üzrə aparılması tövsiyə olunur (Şəkil 5.46). Bu zaman işçi orqanlar elə quraşdırılır ki, hər iki istiqamətdə becərmə zamanı bitkilər zədələnməsin, torpaq yaxşı yumşala bilsin, alaqlar cərgələrdə və cərgə aralarında tam kəsilsin.
5.5.9. Yemləndirici kultivatorlar
5.5.9.1. Yemləndirici kultivatorun işçi orqan
Yemləndirmə adətən cərgənin bir tərəfi və ya hər iki tərəfi ilə aparılır. Yemləndirici pəncə gübrəni 10-16 santimetr dərinliyə verə bilir. Gübrə verən orqan əsas pəncəyə arxa tərəfdən birləşdirilir (Şəkil 5.47). |