5.5.9.2. Yemləndirici və iynəli işçi orqanlı kultivator
Yemləndirici və iynəli işçi orqanlı cərgəarası becərən və gübrə ilə qidalandıran kultivator gübrə verməklə yanaşı cərgəaralarında suvarmadan sonra əmələ gələn qaysaqları dağıtmaq üçün istifadə edilir (Şəkil 5.48). Yemləndirici kultivatorların gübrəverimi normasına nizamlanması mineral gübrə səpən maşınlarda olduğu kimi yerinə yetirilir.
5.5.9.3. Çizel yumşaldıcı, yemləndirici gübrə verən kultivator
Cərgəaralarını səthi yumşaltmaq və gübrə vermək üçün çizel yumşaldıcı və yemləndirici kultivatordan istifadə edilir (Şəkil 5.49).
5.5.9.4. Cərgəarası yumşaldan rotasiya iynəli, yemləndirici gübrə verən kultivator
6 cərgəli cərgəarası yumşaldan rotasiya iynəli, yemləndirici gübrə verən kultivator cərgə aralarında qaysağı dağıdır, torpağı üzdən yumşaldır, xırdalayır və sıxlaşdırır (Şəkil 5.50).
5.5.10. Ştanqlı kultivatorlar
Çox alaqlı sahələrdə alaqları məhv etmək və torpağı yumşaltmaq üçün ştanqlı kultivatorlardan istifadə edilir. Şəkil 5.51-də kombinə edilmiş, yüksək aqrotexniki açıqlığı olan kultivator verilmişdir. |