5.5.14. Cərgəarası becərmə kultivatorunun işçi orqanlarının yerləşdirilmə sxemi
Cərgəarası becərmə kultivatorunun işçi orqanlarının yerləşdirilmə sxeminə əməl edin. Şəkil 5.55-da ştrixlənmiş zona bitkilərin qoruyucu zonası göstərilir.
5.5.15. Sadə cərgəarası yumşaltma kultivator
Sadə cərgəarası yumşaldan kultivatorda işçi orqanlar düzgün yerləşdirilərsə bitkilər zədələnməz, torpaq tələb edilən dərinlikdə və keyfiyyətdə yumşaldılar, kultivasiya normal keyfiyyətlə aparıla bilər (Şəkil 5.56).
5.5.16. Cərgəarası becərən kultivatorların işçi orqanlarının düzgün yerləşdirilməsi üçün
meydança
Cərgəarası becərən kultivatorların işçi orqanlarını düzgün yerləşdirmək üçün düz hamar səthdə cərgəarası məsafə qədər araları olan iplər çəkilir. Pəncələrin çərçivədə quraşdırılma yerlərini üstörtməni və qoruyucu zonaları nəzərə almaqla torpaq səthində işarələyirlər. Sonra kultivatoru həmin sahəyə gətirib işarələrə uyğun olmaqla pəncələri çərçivəyə bərkidirlər. Quraşdırmadan sonra ara məsafələri və pəncələrin kəsici ucluqlarının düz xətt boyunca yerləşməsini, aqreqatın uzun boyunca ara məsafələrini yoxlayırlar (Şəkil 5.57). |
1 - cərgəarası məsafə,
2 - qoruyucu zona, 3 - pəncələrin izinin üst örtməsi, 4 - cərgə arasında becərmə zonası, 5 - aqreqatın hərəkət istiqaməti boyunca işçi orqanlar arası məsafədir. |