5.5.20. Diyircəkli ulduzcuqlu işçi orqanlı kultivatorun işi
Diyircəkli ulduzcuqlu işçi orqanla kultivatorla qarğıdalı sahələrinin ilkin cərgəarası becərilməsi şəkil 5.61-də göstərilmişdir.
5.5.21. Diyircəkli ulduzcuqlu işçi orqanın kultivatorun çərçivəsinə birləşməsi
Diyircəkli ulduzcuqlu işçi orqan kultivatorun çərçivəsinə yastıqla birləşir. İş zamanı atılan torpaq hissəcikləri işçi orqanın fırlanma oxuna yapışaraq onun fırlanmasını çətinləşdirir. Məqsəd işçi orqanın fırlanmasını asanlaşdırmaqdır (Şəkil 5.62).
5.5.22. Öndən və arxadan qoşulan Chorpstar markalı kultivator
Öndən və arxadan qoşulan Chorpstar markalı kultivator sahənin ölçülərindən və formasından asılı olaraq aqreqatın asan idarə edilməsini təmin edir. Qarğıdalı, kartof, çuğundur, soya bitkilərinin cərgəarasının becərilməsində istifadə edilir. 6 dərəcə yamacda işləyə bilir (Şəkil 5.63.). |