5.5.23. Dibdolduran diskli-barmaqlı kultivator
Dibdolduran diskli-barmaqlı kultivator kartof bitkisinin cərgə aralarında dib doldurmada istifadə edilir (Şəkil 5.64).
5.5.24. Maschio Gaspardo firmasının istehsal etdiyi Dracula 400 markalı kultivatoru
Maschio Gaspardo firmasının istehsal etdiyi Dracula 400 markalı kultivatoru şəkər çuğunduru sahələrində cərgəarası becərmədə istifadə edilir. Kultivator kombinə edilmişdir. Qabaq diskləri, cığıraçanları, hamarlayıcısı və arxa sıxlaşdırıcı vərdənəsi kultivatoru müxtəlif bitki qalıqları və alaqları olan sahələrdə işləməyə üstünlük verir. En götürümü 4m, 12 kilometr/saat sürətlə, üzdən becərmədə torpağı 10 santimetrədək, dərindən becərmədə 25 santimetrədək dərinlikdə becərə bilir (Şəkil 5.65). Respublikamızda Azərşəkər İB-də bu kultivator istifadə edilir.
5.5.25. Rotasion kultivatorlar
Rotasion kultivator ilə torpağın yumşaldılması Torpağı şaquli istiqamətdə yumşaltmaqla alaqları kəsən, kəltənləri xırdalayan rotasion kultivatorlar AMAZONE firması tərəfindən istehsal edilir. Həmçinin Türkiyənin Cansa, Karataş, Aqroinal və başqa firmaları rotasion kultivator istehsal edir (Şəkil 5.66). |