5.5.26. Türkiyənin Minos Agri firmasının istehsal etdiyi üfüqi işçi orqanlı SR-140 markalı
torpaq yumşaldıcı frez
Xüsusi işçi orqan kimi üfüqi vəziyyətdə işləyən fırlanan yastı kəsən pəncəli frezlərdən istifadə olunur (Şəkil 5.67). Traktora asılır, 75 a.q güc tələb edir, torpağı yumşaldır, en götürümü 2,4 metrdir. Mexanizator işə başlayarkən kultivasiyanın keyfiyyətini, becərmə dərinliyini, alaqların kəsilmə təmizliyini, qabarıqlığı müxtəlif yerlərdə yoxlayır. Becərmə dərinliyini kultivatorun eni boyunca və bir neçə yerdə yoxlayırlar. |