Sərbəst iş üçün tapşırıqlar
Yaşadığınız ərazidə yaxınlıqdakı fermer təsərrüfatlarında olan malalar haqqında məlumat toplayın;
Dişli və diskli malaların işçi orqanlarının fərqini izah edin;
Torşəkilli malanın işindən sonra torpağın hazırlanma keyfiyyəti haqqında mülahizələrinizi söyləyin;
Diskli malaların hərəkətindən sonra malalamanın keyfiyyətini aqronomun iştirakı ilə dəyərləndirin;
Diskli mala və traktordan ibarət olan aqreqatın işçi və nəqliyyat vəziyyətlərini müqayisə edin;
Ot biçildikdən sonra qarışdırma və tirəyə yığılmasını müşahidə edin və fərqli işçi orqanlı dırmıqların işini müqayisə edin;
Təsərrüfatlarda fırlanan işçi orqanlı dırmığın otu tirəyə yığmasını müşahidə edib işini təsvir edin;
Kultivatorların işçi orqanlarına görə təsnifatını verin;
Təsərrüfatda olan cərgəarası becərən kultivatorun işçi orqanlarının yerləşdirilməsini izah edin;
Yemləndirici kultivatorun bitkilərin qoruyucu zonasənı təmin etməsini yoxlayın və şərh edin;
Hər bir tapşırıq üzrə əldə etdiyiniz məlumatları qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.