|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 5
Sual 1. Malaların işçi orqanları hansı formada olur?
A) Diskli, dişli;
B) Gavahınlı;
C) Pəncəli;
D) Vallı.
Sual 2. Malalama aqreqatı hansı hərəkət üsulu ilə işləməlidir?
A) Dairəvi;
B) Çimbasar;
C) Çimçevir;
D) Məkik.
Sual 3. Dırmıqların vəzifəsi nədir?
A) Otu biçmək və xırdalamaq;
B) Otu presləmək;
C) Otu çevirmək və tirəyə qoymaq;
D) Otu xırdalamaq.
Sual 4. Təyinatına görə kultivatorlar hansı növdə olur?
A) Diskli;
B) Başdan-başabecərən və cərgəarası yumşaldan;
C) Eninə becərən;
D) Barmaqlı.
Sual 5. Qoruyucu zona nə üçün qoyulur?
A) Traktorun təkərini qorumaq üçün;
B) Gübrə vermək üçün;
C) Alaqları kəsməmək üçün;
D) Bitkini zədələnməkdən qorumaq üçün.
Sual 6. Kultivasiyanın məqsədi nədir?
A) Alaqları dartmaq;
B) Torpağı yumşaltmaq;
C) Otu biçmək üçün;
D) Suvarmaq üçün.