Kənd təsərrüfatı bitkilərinin inkişafı prosesində vacib əməliyyatlardan biri onların xəstəlik və zərərvericilərdən qorunmasıdır. Bu məqsədlə kimyəvi mübarizə tətbiq edilir. Kimyəvi mübarizədə xəstəliyə və zərərvericilərə qarşı istifadə edilən məhlul bitkinin üzərinə çilənir. Bu əməliyyat çiləyicilərlə yerinə yetirilir.
6.1. Arxada gəzdirilən əl çiləyicisi
Bitki mühafizə vasitələrinin tətbiqi Bitki mühafizə maşınlarına çiləyici və tozlayıcılar daxildir. Mexaniki əl çiləyicisi kiçik sahələrdə az təzyiq tələb edən çiləmədə istifadə edilə bilər (Şəkil 6.1).
6.2. Meyvə bağları üçün motorlu çiləyici
Motorlu əl çiləyici Nisbətən böyük təzyiq tələb edən halda alçaq təzyiqli nasosu olan arxaya asılan çiləmə aparatdan istifadə edilir (Şəkil 6.2). Meyvə bağlarında istifadə edilmək üçün uzun şlanqlı, brandspoytlu, əldə gəzdirilən uzun saplı çiləyici ucluqlu motorlu çiləyicilərdən də istifadə edilir.
6.3. Traktora qoşulan çiləyicilər
Traktora qoşulan çiləyicilər geniş frontlu ola bilir. Traktorla aqreqatlaşan çiləyicilər asma və qoşma olur. Meyvə bağları üçün traktordan hərəkətə gətirilən çiləyicilər. Sağ və sol tərəfdə olan cərgələri çiləyir (Şəkil 6.3). |