6.4.1. Yüksək klirensli Challenger RoGator 700 özüyeriyən qolu çiləyici
Yeni yüksək klirensli Challenger RoGator 700 özüyeriyən qolu çiləyici (Şəkil 6.8.). Bu çiləyicinin məhsuldarlığı yüksək, doldurulma intensivliyi az, manevrliyi yüksəkdir. Aqrotexniki açıqlığı (klirensi) yüksəkdir.
6.4.2. Böyük en götürümlü Challenger RoGator 600 D özüyeriyən qolu çiləyici
Yeni böyük en götürümlü Challenger RoGator 600 D özüyeriyən qolu çiləyici daha yüksək məhsuldarlığa malikdir. İdarə edilməsi asan və iş prosesi avtomatlaşdırılmışdır (Şəkil 6.9). 21-30 kilometr/saat sürətlə işləyə bilir.
6.4.3. Çiləyicilərin idarə edilməsi
Çiləyicin üstün cəhətləri odur ki, mexanizator tərəfindən idarə edilməsi, nizamlanmaları avtomatlaşdırılmışdır (Şəkil 6.10). |
Ventilyatorlu çiləyicilərin əsas işçi orqanları nasos, ventilyator, püskürücü ucluqlar, birləşdirici şlanqlar hesab edilir.