6.6. Çiləyicilərin doldurulması
Ventilyatorlu və qollu çiləyicilər iş zamanı zəhərli kimyəvi məhlulla vaxtaşırı doldurulur. Çiləyicilərin məhlul qabındakı zəhərli maye qurtaranda onların qabını sahənin kənarında məhlulla doldururlar. Ehtiyat məhlul olan texnika aqreqata yaxınlaşıb doldurucu qurğusu vasitəsi ilə aqreqata məhlul doldurur (Şəkil 6.14). Çiləyicinin qabının tutumunu artırmaq və aqreqatın tarazlığını təmin etmək üçün çəni traktorun qabaq və arxa tərəfinə yerləşdirilir (Şəkil 6.15). Tələb edilən tərkibdə hazırlanmış zəhərli kimyəvi məhlulu bitki əkilmiş sahəyə çiləyir. Çiləyici və tozlayıcı aqreqatlar işə hazırlanır: Zəhərli kimyəvi maddənin norması qoyulur. Çiləyicinin əl ilə doldurulması (Şəkil 6.16). Diqqət! Kimyəvi maddələrlə işləyən zaman təhlükəsizlik vasitələrindən, xüsusi geyimdən, gözlükdən, xüsusi qablardan, əlcəkdən istifadə edin!
6.6.1. Çiləyici aqreqatın sahədə yoxlanması
İşə başlamazdan əvvəl sistemdə yaradılan təzyiq və məhlulun tozlanma keyfiyyəti yoxlanır və lazım gəldikdə nizamlanır (Şəkil 6.17). |