6.6.2. Çiləyicinin yoxlanması
Çiləyicinin nasosuna hərəkət vermə intiqalı, şlanqların bərkinməsi, maye paylayıcı sistemi yoxlanılır və saz vəziyyətə gətirilir (Şəkil 6.18). Diqqət! Həyat üçün təhlükəli olduğu üçün xüsusi geyimdən və qoruyucu vasitələrdən istifadə edin. Diqqət verin! Çiləyicilərin işinə qoyulan tələblər (Şəkil 6.19):
6.6.3. Kimyəvi maddələrin küləkli havada çilənməsi
Diqqət! Küləkli havada işləyərkən çiləyici küləyin istiqamətinə köndələn hərəkət etməlidir (Şəkil 6.20). Çiləyicilərin işçi orqanlarının tipi onun təyinatından asılı olur. Məhlulu bilavasitə xırda hissəciklərə ayıran onun çiləyici ucluqlarıdır. Çiləyici ucluqlar püskürücü ucluqlar da adlanır. |