6.7.7. Püskürücü ucluqların formaları
Püskürücü ucluqlar eyni püskürmə spektrində çiləmə aparsa da onların işçi orqanı fərqli ola bilir (Şəkil 6.33).
1 - Birbaşa püskürən;
2 - Əvvəlcədən püskürən; 3 - Herbisidlər üçün ucluq.
6.7.8. Çiləyici ucluqlarda məhlulun təmizlənməsi
Çiləyicilərin ucluqları məhlulda olan qarışıqlarla tutulmaması üçün sistemdə ən azı 4 süzgəc qoyulur. Bu süzgəclər vaxtaşırı təmizlənməlidir (Şəkil 6.34).
6.7.9. Çiləyicilərdə məhlulun konsentrasiyasının saxlanması
Çiləyicilərdə iş müddətində məhlulun konsentrasiyasını, tərkibini sabit saxlamaq üçün hidravlik qarışdırıcı quraşdırılır. Bu qarışdırıcılar fasiləsiz işləyərək məhlulu çökməyə qoymur (Şəkil 6.35).
6.7.10. Çiləyicilərin doldurulması üçün ehtiyat su çəni
Çiləyiciləri doldurmaq üçün məhlul hazırlayan və çiləyiciləri məhlulla dolduran 5 tonluq yarım qoşma komplekslərdən istifadə edilir (Şəkil 6.36). Bu doldurucu aqreqatlar iri pambıqçılıq, qarğıdalı, günəbaxan və başqa bitkilərin becərildiyi təsərrüfatlar üçün əlverişlidir. |
Şəkil 6.34. Çiləyici ucluqlarda məhlulun təmizlənməsi.
|