6.7.11. Hazır məhlul daşıyan qoşma tanker
Uzaq məsafədə yerləşən sahələrdə işləyərkən çiləyiciləri doldurmaq üçün hazır məhlulu sahəyə gətirmək və çiləyiciləri doldurmaq olar (Şəkil 6.37).
6.7.12. Zəhərli kimyəvi məhlulun sahə kənarında hazırlanması
Bəzi hallarda zəhərli kimyəvi məhlulu sahə kənarında hazırlayırlar (Şəkil 6.38). Bunun üçün lazım olan kimyəvi maddələr aqreqatın məhlul çəninə sahədə tökülür.
6.7.13. Kimyəvi zəhər məhlulunun hazırlanmasında lazım olan əlavə avadanlıqlardan istifadə
Bəzən məhlul hazırlayarkən ehtiyat su çənləri, kimyəvi maddələr, əlavə su tutumları, boçka, vedrələr, vanna, mühafizə vasitələrinin olması vacibdir (Şəkil 6.39). |