Sərbəst iş üçün tapşırıqlar
Yaşadığınız ərazidə fəaliyyət göstərən aqroservislərdən birinə səfər edərək istifadə etdiyi çiləyicilər haqqında məlumat toplayın;
Yaşadığınız rayonda becərilən bitkidən asılı olaraq istifadə edilən ventilyatorlu çiləyici ilə işləmək qaydalarını izah edin;
Qollu çiləyicinin iş prinsipi ilə tanış olun və əsas işçi elementlərinin funksiyalarını göstərin;
Ventilyatorlu çiləyicinin iş prinsipini müşahidə edin və əsas işçi elementlərin funksiyasını izah edin;
Çiləyici ucluqların məhsuldarlığını üsullardan biri ilə yoxlayın və nəticəsini norma ilə müqayisə edin;
Yaşadığınız rayonda fəaliyyət göstərən iri təsərrüfat və şirkətlərdə olan özüyeriyən çiləyicinin quruluşu və iş prinsipini müqayisə edin;
Çiləyicilərin məhlulla doldurulmasını yerinə yetirin və istifadə etdiyiniz cihaz və avadanlıqlar haqqında məlumat verin;
Təsərrüfatda gördüyünüz çiləyicilərin əsas işçi orqanı olan nasosu haqqında məlumatlar toplayın və şərh verin;
Çiləyicilərin məhlulla doldurulması üçün istifadə edilən əlavə avadanlıq və qurğular haqqında məlumatlar toplayın;
Püskürücü ucluqların tiplərini sadalayın və fərqini izah edin;
Hər bir tapşırıq üzrə əldə etdiyiniz məlumatları qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.