|
Nəzəri biliklərin qiymətləndirilməsi
|
Test 6
Sual 1. Çiləyicilərin növləri hansılardır?
A) Ventilyatorlu və qollu;
B) Diskli və şlanqlı;
C) Pəncəli və diskli;
D) Ventilyatorlu və pəncəli.
Sual 2. Ventilyatorlu çiləyicilər hansı bitkilərin çilənməsində istifadə olunur?
A) Bağların;
B) Bağların və üzümlüklərin;
C) Kartofun;
D) Taxılın.
Sual 3. Çiləyicilərin işçi orqanları hərəkəti haradan alır?
A) Özünün hərəkət təkərindən;
B) Nasosdan;
C) Arxa körpüdən;
D) Traktorun güc ayıran valından.
Sual 4. Çiləyicilərin sistemində mayenin təzyiqinə hansı cihazla nəzarət edirlər?
A) Sərf ölçənlə;
B) Voltmetrlə;
C) Manometrlə;
D) Taxometrlə.
Sual 5. Çiləyicilərdə mayeni sistemə hansı işçi orqan vurur?
A) Şlanq;
B) Ucluq;
C) Nasos;
D) Çən.
Sual 6. Məhlulu bilavasitə bitki üzərinə çiləyən işçi orqanın adı nədir?
A) Püskürücü ucluq;
B) Nasos;
C) Manometr;
D) Güc ayıran val.