Kənd təsərrüfatında məhsul istehsalında əsas əməliyyatlardan biri yetişdirilmiş məhsulun yığılmasıdır. Kənd təsərrüfatında yetişdirilmiş məhsulların yığılmasında kombaynlardan və traktora qoşulan yığım maşınlarından istifadə edilir.
Kənd təsərrüfatı bitkilərindən taxılın, pambığın, şəkər çuğundurunun, kartofun, çəltiyin, qarğıdalının və bitkilərin yığılmasında kombaynlardan geniş istifadə edilir.
Kənd təsərrüfatı bitkilərinin məhsullarının yığılması ən mühüm əməliyyatdır
Burada taxıl yığan, pambıq yığan, ot tədarükü və başqa yığım texnikaları haqqında biliklər əldə edəcəyik.
Kombaynla məhsulun yığılmasına müvafiq aqrotexniki tələblər qoyulur və kombaynlar yığım zamanı bu aqrotexniki tələblərə əməl etməlidir.
Kombayn mürəkkəb maşındır. Bir gedişdə müxtəlif funksiyaları yerinə yetirən işçi maşınların funksiyasını yerinə yetirir. Odur ki, onlar kombayn adlanır.
7.1.1. Taxılyığan kombayn
Respublikanın fermer təsərrüfatlarında Avropa və ABŞ istehsalı olan kombaynlardan istifadə edilir.
7.1.2. Belçika istehsalı olan New Holland TC-5050 markalı taxılyığan kombayn
Belçika istehsalı olan New Holland TC-5050 markalı taxılyığan kombayn sürətli, taxılı təmiz yığan zədələnməyən müasir kombayndır. Hal hazırda respublikamızın kənd təsərrüfatında yüzlərlə New Holland TC-5050 markalı taxılyığan kombayn istifadə edilir (Şəkil 7.1).
7.1.3. Almaniya istehsalı olan Claas Dominator 130 markalı taxılyığan kombayn
Almaniyanın Claas firmasının istehsalı olan Claas Dominator 130 markalı taxılyığan kombaynı Respublikamızın kənd təsərrüfatında geniş istifadə edilən taxılyığan kombaynlardan biridir (Şəkil 7.2). |