Taxılyığan kombaynları işə hazırlayarkən yığılan bitkiyə uyğun olaraq işçi orqanlar nizamlanır. Kombaynın biçicisi nizamlanır. Biçiciyə cəhrə, kəsən aparat, şnek və maili kamera aid edilir. Bəzi hallarda çox güclü kombaynların en götürümü böyük olur. Belə kombaynların biçicilərinin eni böyük olduğu üçün nəqliyyat vəziyyətində onların hərəkəti çətinlik törədir. İntensiv yollarda hərəkəti nəqliyyat vasitələrin hərəkətinə mane olur. Odur ki, bu kombaynlarda biçicilər nəqliyyat vəziyyəti üçün qatlanan olur. Qatlana bilən biçicisi olan Claas kombaynları vardır (Şəkil 7.7).
7.1.8. Kombaynın işə hazırlanması
Kombayn işə hazırlanarkən kəsici bıçaqların qırılan, əzilən seqmentləri yenisi ilə dəyişdirilir. Əvvəlcə bıçağı çıxarın (Şəkil 7.8). Dəyişdiriləcək seqmentlərin bərkidici elementini açın. Seqmenti çıxarın, yenisini qoyub əməliyyatları əksinə icra edin.
7.1.9. Biçicinin elementləri
Biçicinin əks kəsən barmaqları cüt-cüt olur, onların qırılanı varsa yenisi ilə dəyişdirilir (Şəkil 7.9). Bunun üçün zədələnmiş və ya qırılmış barmaqları boltunu açın. Dəyişdiriləcək barmaqları çıxarın, Yeni barmaq qoyub əməliyyatları əksinə icra edin.
7.1.10. Kombaynın işçi orqanlarının sürətinin kombaynın hərəkət sürətinə nəzərən
tənzimlənməsi
Kombaynın işçi orqanlarının sürəti kombaynın hərəkət sürətindən çox olmalıdır. Bu nisbətlər aşağıdakı kimi qoyulmalıdır. Kombaynın sürəti ilə kəsən aparatın bıçağının sürətinin nisbəti gözlənilməlidir: 1,3:1,5 (Şəkil 7.10). |