7.1.26. Döyülmüş dənin qarışıqlardan təmizlənməsi
Saman küləş silkələyəndən tökülən dənlər xəlbirdən təmizlənərək dən şnekinə və elevatorla dən bunkerinə tökülür. Xəlbirin daraqları arası məsafə yığılıb dənin ölçülərindən asılı olaraq nizamlanır (Şəkil 7.26). Buğda üçün yuxarı və aşağı 12-14 santimetr, arpa üçün yuxarı 7-10, aşağı 8-12 santimetr qoyulur.
7.1.27. Püfə saman qırıqlarının dəndən təmizlənməsi
Samandan ayrılmış dənlə birlikdə püfə və xırda saman qırıqları da xəlbirdən keçə bilir. Bunu təmizləmək üçün kombaynın təmizləmə sistemində ventilyator quraşdırılır (Şəkil 7.27). Ventilyatorun yaratdığı hava püfəni və xırda saman hissəciklərini dəndən ayrılır və kombaynın yanlarında qoyulmuş yarıqlardan kənara üfürür.
Ventilyatorun pərlərinin fırlanma tezliyi:
Buğda üçün 630-750 dövr/dəqiqə, Arpa üçün 550-700 dövr/dəqiqə.
7.1.28. Küləşin kombaynın arxa hissəsində qoyulmuş xırdalayıcı ilə xırdalanması və sahəyə
səpilməsi
Taxılyığan kombaynlar küləşi ya xırdalayıb tarlanın səthinə səpələyir və ya kombaynın arxasında quraşdırılmış qotmanlayıcı ilə qotman halında yığaraq sahədə qoyur. Küləşi samanı qotmanlayıcıda topalayıb müəyyən məsafədən bir tarlada qoyur. Müasir taxılyığan kombaynlar əsasən küləşi xırdalayaraq sahəyə səpir (Şəkil 7.28). |