7.1.38. Dairəvi hərəkət üsulunun tətbiq olunma şərti
Dairəvi hərəkət üsulu sürümün uzunluğu kiçik olduqda və sahə düzgün konfiqurasiyada/formada olmadıqda tətbiq edilir (Şəkil 7.38).
7.1.39. Yığım zamanı kombaynın bunkerinin dolması şərti
Yığım zamanı kombayndan səmərəli istifadə edilməsi üçün onun bunkerinin tam dolmasına çalışmaq lazımdır. Kombaynın bunkeri bərabər dolma və boşaltma üçün şneklərlə təchiz edilmişdir (Şəkil 7.39). Bunker tam dolduqda onun dolmasını sürücüyə məlumat verən siqnal lampası kabinədə cihazlar lövhəsində olur.
7.1.40. Kombayn bunkerinin boşaldılması
Kombaynın bunkeri dolduqdan sonra nəqliyyat vasitəsi kombayna yaxınlaşmalıdır. Kombaynçı boşaldıcı şneki açmalı və nəqliyyat vasitəsi banını boşaldıcı şnekin düz altına verməlidir. Sonra kombaynçı yükləyici şneki qoşur və dən nəqliyyat vasitəsinə boşaldılır (Şəkil 7.40).
7.1.41. Laverda markalı çəltikyığan kombayn
İtaliyanın Laverda firması çəltiyin yığılması üçün eyni adlı kombayn istehsal edir. Çəltikyığan xüsusi quruluşa və döyən aparata malikdir. Bu kombayn “Astaraçay” MMC –nin texnika parkında vardır (Şəkil 7.41) və çəltik yığımında istifadə olunur. Kombayn hərəkət etdiricisi yarım tırtıllıdır. Manevrliyi yüksək , idarə edilməsi asandır. |