7.2.3. JD 9970 markalı 4 cərgəli özüyeriyən pambıq yığan kombaynın yığıcı bölməsi
Kombaynın hər bölməsi qarşı-qarşıya fırlanan 2 cüt və ya 4 ədəd barmaqlı yığıcılardan ibarətdir. Yığıcı barmaqlar şaquli xətt boyunca yerləşməklə vala bərkinmişdir (Şəkil 7.44).
7.2.4. Pambığın pambıqyığan kombaynla yığılıb bunkerə doldurulması
Pambıqyığan kombaynın quruluşu elədir ki, bölmələrdə yığılan pambıq bölmədən sonra şpindellərdən açılır və sorucu sistem onu ayrıca boru ilə soraraq bunkerə atır (Şəkil 7.45).
7.2.5. Pambıqyığan kombaynın müxtəlif cərgə arası üçün qurulması
Pambığın əkin sxemindən asılı olaraq JD9970 pambıqyığan kombaynın bölmələri 60 santimetr və 90 santimetr cərgə arasına nizamlana bilir. 60 santimetr cərgəarası ilə əkilmiş pambığı yığdıqda bölmələr aralarında 60 santimetr məsafə qoymaqla yığıcı hissənin çərçivəsində yerləşdirilir.
7.2.6. Şpindellərə hərəkət ötürücü qayışın tarımlığının nizamlanması
Şəkil 7.46-da göstərildiyi kimi nizamlayıcı qaykanı (B) saat əqrəbi istiqamətində döndərin. Bu zaman qayış tarımlanacaq. Sonra Stopor qaykasını sıxın.
A - Ştopor qaykası
B - Nizamlayıcı qayka |