7.3.2. New Hollland taxılyığan kombaynları ilə qarğıdalının yığılması
New Hollland firması taxılyığan kombaynlarla qarğıdalı və günəbaxanı yığmaq məqsədi ilə xüsusi cərgəli biçicili qarğıdalı başlıqları istehsal edir (Şəkil 7.50).
7.3.3. Klavar 5600 qarğıdalı xederi
Kombaynın taxıl üçün xederini açıb yerinə qarğıdalı xederi quraşdırır və döyən aparatını qarğıdalı üçün nizamlayırlar. Klavar 5600 qarğıdalı xederi şəkil 7.51-də verilmişdir.
7.3.4. Silos və yem yığan kombayn
Silosluq bitkiləri özüyeriyən kombaynla biçib xırdalayıb nəqliyyat vasitəsinə yükləmək üçün xüsusi biçicisi olan yemyığan kombayn istifadə edilir (Şəkil 7.52).
7.3.5. Almaniyanın CLAAS firmasının istehsal etdiyi Jaguar 850 markalı yemyığan kombayn
CLAAS Jaguar 850 markalı yemyığan kombayn respublikamızda iri təsərrüfatlarda istifadə edilir (Şəkil 7.53). |