7.3.6. CLAAS Jaguar 850 markalı yemyığan kombaynı ilə silosluq bitkilərin biçilməsi
CLAAS Jaguar 850 markalı yemyığan kombayn silosluq bitkiləri biçib, xırdalayıb nəqliyyat vasitəsinə yükləyir (Şəkil 7.54).
7.3.7. CLASS Jaguar 850 yem yığan kombaynla soluxdurulmuş otun silos üçün yığılması
Soluxdurulmuş otun yığım texnologiyası və yığım texnikası. Otu ot biçənlə biçib soluxmaq üçün dırmıqla çevirib tirəyə qoyurlar. Soluxdurulmuş ot yem yığan kombaynla yığılaraq nəqliyyat vasitəsinə yüklənir. Dırmıqla çevirib tirəyə qoyurlar. Yığıcı quraşdırılmış CLAAS Jaguar 850 markalı yemyığan kombaynla yığıb nəqliyyat vasitəsinə yükləyirlər (Şəkil 7.55).
7.3.8. DON 680 M markalı yem yığan kombayn
Rostselmaş firmasının istehsal etdiyi DON 680 M markalı yem yığan kombayn, yaşıl otu, silosluq qarğıdalını və digər yemləri biçib xırdalayıb nəqliyyat vasitəsinə yükləyir. Biçilmiş otu yığıb xırdalamaq və nəqliyyat vasitəsinə yükləmək üçün xüsusi yığıcısı vardır. DON 680 M markalı yem yığan kombayn Aqrolizinq ASC-nin Ağcabədi rayonundakı servisində istifadə edilir (Şəkil 7.56). |