7.4.2. Küləş saman doğrayan maşının işçi orqanları
Küləş saman doğrayan maşının işçi orqanları küləşi kiçik ölçülərdə xırdalayır və yükləyici orqana ötürür. Yükləyici xırdalanmış küləşi nəqliyyat vasitəsinə və ya birbaşa axura boşaldır (Şəkil 7.60).
7.4.3. İRК-145 rulon presi xırdalayan
Küləş və saman presləri istifadədən əvvəl xüsusi xırdalayıcı maşınlarla xırdalanır. İRK-145 rulon presi xırdalayan, nəqliyyat vasitəsinə, yem paylayana yükləyən, birbaşa tövlədə axura boşaldan, 8 bıçaqlı diskli 6 frezli qoşma maşın (Şəkil 7.61). Traktora qoşulur, GAV-dan fırlanma hərəkəti alır. Diametri 145+10 santimetr olan küləş rulonları xırdalaya bilir.
7.4.4. Türkiyənin Çelikel firmasının istehsal etdiyi Charger V8 markalı qoşma yem doğrayan
və qarışdıran
Traktora qoşulur, silindrik qablıdır, qabın içərisində şaquli tirdə spiral formasında yerləşmiş, fırlanan 2 ədəd kəsici bıçaqları və pərləri ilə küləşi və içəriyə tökülmüş digər yemləri xırdalayaraq qarışdırır. İşçi orqanları traktorun GAV-dan hərəkətə gətirilir, 80 a.q. güc tələb edir (Şəkil 7.62). |