7.5.5. John Deere firmasının istehsal etdiyi özüyeriyən yem yığan kombayn
Yaşıl otu, silosluq qarğıdalını və digər silosluq bitkiləri biçib, xırdalayıb nəqliyyat vasitəsinə yükləyir (Şəkil 7.67). İşçi orqanlar dəstinə ot biçən, silosluq qarğıdalı və digər bitkiləri biçən və biçilmiş soluxdurulmuş otu yığan biçici və yığıcı daxıldir. Özü yeriyəndir, məhsuldarlığı yüksəkdir.
7.5.6. KC- 100 ÇULPAN (ЧУЛПАН) özüyeriyən ot biçən
Həmçinin müxtəlif firmalar otun biçilməsi üçün fərqli göstəricilərə malik özüyeriyən otbiçən texnika istehsal edir (Şəkil 7.68). Analoq MAK DON M150 otu, taxıl bitkilərini biçib tirəyə qoymaq üçündür.
7.5.7. Türkiyənin Minos Agri firmasının istehsal etdiyi DSP-240 markalı çöp doğrayıb
xırdalayan
Çöp doğrayan asmadır, güc tələbatı 65 at qüvvəsidir, 14-20 kiloNyutonluq dartı sinifli traktorlarla aqreqatlaşır. En götürümü 2,5 metrdir (Şəkil 7.69). Pambıq, qarğıdalı, günəbaxan və başqa bitkilərin yığımdan sonra qalan gövdələrini, bitki qalıqlarını kəsib xırdalayır və torpağa qarışdırır. |