Grimme WH 200 markalı kartofqazan maşın
Almaniyanın Grimme firması kartofun becərilməsi və yığılması üzrə müasir texnika istehsal edir.
Kartofu 2 cərgədən qazıb zəncirli tamasalı separasiya qurğusundan keçirərək torpaq səthinə atır (Şəkil 7.73).
Respublikamızda şəkər çuğundurunun istehsalı genişlənməkdədir. Azərşəkər İB-nin şəkər çuğunduru plantasiyalarında şəkər istehsalı, becərilməsi və yığılmasında istifadə edilən müasir texnika vardır.
7.7.1. Holmer Terra Dos T 4-30 markalı özüyeriyən şəkər çuğunduru yığan kombayn
Holmer Terra Dos T 4-30 markalı özüyeriyən şəkər çuğunduru yığan kombayn Azərşəkər İB-də istifadə edilir (Şəkil 7.74). Kombayn HR qazıcıları ilə uyğunlaşan KOS-2 və DLG markalı bəlim kəsib-yığanla aqreqatlaşır. Müxtəlif cərgə araları ilə səpilmiş 6, 8 və 9 cərgənin çuğundurunu yığa bilir.
7.7.2. Şəkər çuğundurunun bəlim-yarpaq hissəsinin yığılması
Şəkər çuğunduru yığmazdan öncə onun bəlim-yarpaq hissəsi yığılmalıdır. Sahənin relyefindən, torpağın səpin üçün hazırlanma keyfiyyətindən asıl olaraq çuğundur yumruları torpaqda fərqli hündürlükdə bitir (Şəkil 7.75). Şəkildə fərqli hündürlükdə bitən çuğundur qruplaşdırılmışdır.
|