7.9.1. Orsi Avant markalı özüyeriyən meyvə yığan platforma
Orsi Avant markalı özüyeriyən meyvə yığan platforma cərgəarasında işləyir. Meyvə yığan işçilər platformaya qalxaraq iki tərəfdən cərgədə meyvəni dərib yeşiklərə və ya konteynerlərə qoyurlar (Şəkil 7.78). 25 at qüvvəsi gücündə Lombardini mühərriki var. Platformanın eni nizamlanandır 1,7-3,5 metr, uzunu 1,7 metr, qalxma hündürlüyü 2 metr.
7.9.2. Orsi Junior markalı özüyeriyən meyvə yığan platforma
Bundan başqa nisbətən kiçik qabaritli, az yük götürən platformalardan da istifadə edilir. Orsi Junior markalı özüyeriyən meyvə yığan platforma 18 at qüvvəsi gücündə Lombardini mühərriki var. Platformanın eni nizamlanandır 1,3-2,4 metr, uzunu 1,7 metr, qalxma hündürlüyü 2,2 metr (Şəkil 7.79).
7.9.3. PS-DV markalı meyvə yığan platforma
Nisbətən ensiz, lakin platforması uzun olan PS-DV markalı meyvə yığan platforması qoşma və 2 oxludur, meyvə üçün konteynerləri daşımaq üçün də istifadə edilə bilər. 2,4 ton yük götürür, eni nizamlanır 1,35-2,20 metr, platforma meydançasının uzunluğu, 4,6 metr, eni nizamlanır 1-2,5 metr (Şəkil 7.80). |