Təkərli frontal yükləyicinin modelləri və növləri genişdir Çalovunun həcmindən və yük götürməsindən asılı olaraq fərqlənirlər (Şəkil 7.88).
7.10.7. Yükü özü yükləyən və daşıyan nəqliyyat vasitəsi
Qablaşdırılmış kənd təsərrüfatı yüklərini yükləmək, daşımaq və boşaltmaqda yükləyici-daşıyıcılardan istifadə edilir (Şəkil 7.89). |
Kənd təsərrüfatında yerinə yetirilən işlərin 30 faizdən çox hissəsi nəqliyyatın payına düşür. Yüklərin, məhsulların, taraların daşınmasında nəqliyyat vasitələrinin rolu əvəzsizdir.
Nəqliyyat vasitələri avtomobil və traktor nəqliyyat vasitələrinə bölünür.
Qısa məsafələrə, təsərrüfat daxili daşımalarda traktor qoşqularından, uzaq məsafələrə isə avtomobil nəqliyyatından istifadə əlverişlidir.
Kənd təsərrüfatında əsas nəqliyyat növü yaxın məsafələr üçün traktor və qoşqudan ibarət nəqliyyat vasitəsi hesab edilir.
Mineral və üzvi gübrələr anbarlardan sahələrə traktor qoşquları ilə daşınır. Türkiyə firmalarının istehsal etdiyi 6,10 və 15–tonluq iki oxlu traktor qoşqusu respublikanın təsərrüfatlarında geniş istifadə edilir (Şəkil 7.90). Yükü yan tərəflər və arxaya boşalda bilir.