7.11.2.1. Pambığın daşınmasında istifadə edilən traktor qoşqusu
Türkiyənin Cansa tarım firmasının istehsal etdiyi iki oxlu yükü hər iki yana və arxaya boşaldan traktor qoşqusu respublikanın təsərrüfatlarında istifadə edilir. Qoşqunun yükgötürmə qabiliyyəti 4 ton, tələb etdiyi güc 80 at qüvvəsidir. Əsas yanlığın hündürlüyü 60 santimetr, əlavə torlu yanlıqların hündürlüyü 80 santimetrdir (Şəkil 7.91).
7.11.2.2. Ağır tonnajlı traktor qoşquları
Yükgötürmə qabiliyyəti 20 ton, banının həcmi 25 kub metr olan traktor qoşqusu içərisindəki yemi özü boşaldan və ya başqa nəqliyyat vasitəsinə boşalda bilir. Yarım qoşqu tiplidir (Şəkil 7.92).
7.11.2.3. Fligel markalı 16-40 ton yük götürmə qabiliyyəti olan qoşqu
16 tonluq TMK 264 modelli Fliegel qoşqusunun gövdəsi sinkləşdirilmişdir, oxları sifarişlə qoyulur, hidravlik qaldırıcılı, banı konusvari olmaqla silosluq bitkilərin, yemin, peyinin, gübrənin və kənd təsərrüfatı yüklərinin daşınmasında səmərəli hesab edilir (Şəkil 7.93).
7.11.3. HOWO markalı böyük yük götürmə qabiliyyətinə malik yükünü özüboşaldan avtomobil
Uzaq məsafələrə yük daşımada KamAZ, HOWO markalı böyük yük götürmə qabiliyyətinə malik yükünü özü boşaldan avtomobillərdən istifadə edilir (Şəkil 7.94). |