7.11.4. MAN markalı böyük yükgötürmə qabiliyyətli yükünü özüboşaldan avtomobil
Kənd təsərrüfatında, yol-tikinti işlərində MAN markalı böyük yükgötürmə qabiliyyətli yükünü özüboşaldan avtomobil geniş istifadə edilir (Şəkil 7.95).
7.11.5. Silosluq kütləni daşımaq üçün RF-nın istehsal etdiyi PT-3 markalı traktor qoşqusu
Qoşqunun döşəməsi hərəkət edəndir, açıq havada istənilən hündürlükdə, qapalı yerdə məhdud hündürlükdə boşalda bilir. Banın tutumu 47 kub metrə qədərdir. Yükü 2,5-3 dəqiqə ərzində boşaldır. Silos, senaj, taxıl, yem, peyin, taxta yonqarı daşınmasında istifadə edilir (Şəkil 7.96).
7.11.6. Dövlətlər arası loqistikada istifadə edilən çox tonnajlı FUR avtomobilləri
Beynəlxalq yük daşımalarında istifadə edilən FUR avtomobilləri magistral yollarda daha əlverişli hesab edilir (Şəkil 7.97). |