Yaşadığınız rayonun ərazisində olan fermer təsərrüfatlarından birində olan taxılyığan kombayn
haqqında məlumat toplayın;
Həmən kombaynın biçən və döyən hissələrində aparılan nizamlama işlərini qeyd edin və təlimata uyğun
olduğunu müəllimin iştirakı ilə araşdırın;
Pambıq yığımı mövsümündə pambıq yetişdirilən rayonların birində olan fermer təsərrüfatına səfər
edin, istifadə edilən pambıqyığan kombayn haqqında məlumat toplayın;
Pambıqyığan kombaynın bölmələrində aparılan nizamlamaları öyrənin və təlimat normaları ilə müqayisə
edin;
Pambıqyığan kombaynın texnoloji iş prinsipini, pambığın şpindellər vasitəsi ilə yığılmasını təsvir
edin;
Küləş doğrayan texnikası olan heyvandarlıq fermasına səfər edin və yem doğrayan- qarışdıran
texnikanın işi ilə tanış olun, yemin doğranma və qarışdırılma keyfiyyətini yoxlayın;
Kartofyığan və kartofqazan texnikası olan təsərrüfatların birində mövsüm vaxtı texnikanın işinin
keyfiyyətini yoxlayın;
Çuğunduryığan kombaynla, onun iş prinsipi ilə tanış olmaq üçün İmişli rayonuna Azərşəkər İB-nə səfər
edin;
Ot biçən texnikanın işçi orqanlarının fərqlərini izah edin;
Yemyığan kombaynların dəyişdirilən biçiciləri və yığıcılarının işini izləyin;
Aqrolizinq ASC-nin rayonunuzda yerləşən bölməsinə səfər edin və gübrə loqistik bazasında yük
boşaltma qurğuların yükü vurma və boşaltmasında iştirak edin;
Pambıq, silos, yem, gübrə daşınmasında istifadə edilən nəqliyyat vasitələri haqqında məlumatları
toplayın;
Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla müqayisə və müzakirə edin.