8.1.6. Elektriklə zədələnmə təhlükəsini bildirən işarə
Kənd təsərrüfatı məhsulları becərilən sahələrdə, yolları kənarlarında, fermalarda, tarlalar arası massivlərdə və başqa yerlərdə yüksək gərginlik xətləri keçirsə yükləyici texnika və avadanlıqlarla işləyərkən və yüksək qabaritli texnika ilə elektrik xətlərinin altından keçərkən elektrik şoku və elektriklə zədələnmə təhlükəsi ola bilər (Şəkil 8.7).
8.1.7. Fırlanan işçi orqanlar və onların təhlükəsi
Diqqət! Kənd təsərrüfatı texnikasının əksəriyyətinin işçi orqanları fırlanma hərəkəti edir. Bunlar həyat üçün təhlükə mənbəyidir. Belə işçi orqanlar traktorun ventilyatoru, güc ayıran valı, taxılyığan kombaynların cəhrəsi, fırlanma hərəkəti ötürən qayışlar, zəncirlər, pambıqyığan kombaynların şpindelləri və sairdir. Unutmayın ki, bu texnika ilə işləyərkən, nizamlama işləri apararkən həyat üçün təhlükə ola bilər (Şəkil 8.8).
8.1.8. Qayış və zəncir ötürmələri və onların təhlükəsi
Diqqət! Qayış və zəncir ötürmələri, onların qasnaq və ulduzcuqları, qayış və zəncirlər işləyərkən onlara yaxınlaşmaq ciddi zədə ilə nəticələnə bilər. Bütün hallarda hərəkət ötürən intiqallar işdən çıxarıldıqdan sonra, tam dayandırmaqla müvafiq nizamlama işlərini icra edə bilərsiniz (Şəkil 8.9). |