8.1.9. Ventilyatorlar
Ventilyatorların pərləri təhlükəlidir Traktorlarda, kombaynlarda və digər mühərrikli texnikalarda, ventilyatorlu çiləyicilərdə yüksək sürətlə fırlanan ventilyatorlar quraşdırılır. Ventilyatorların pərləri nə qədər mühafizə olunsa da mühərrik işləyə-işləyə ona əli yaxınlaşdırmaq təhlükəlidir (Şəkil 8.13). Ventilyatorun pəri tam dayandıqdan sonra yaxınlaşın Nə məqsədlə olursa olsun mühərrik söndürüldükdən və ventilyatorun pəri tam dayandıqdan sonra ona yaxınlaşmaq olar (Şəkil 8.14).
8.1.9.1. Qaldırma qurğularının təhlükəsi
Hidravlik və mexaniki qaldırma qurğuları ilə işləyərkən təhlükəsizlik məsafəsini gözləmək lazımdır. Qaldırıcı və nəqletdirici maşın və vasitələrlə işləyərkən xüsusi mühafizə vasitə və geyimlərindən istifadə etmək lazımdır. Qaldırıcı avadanlıqla texnikanı qaldırdıqdan sonra qaldıran milin (b) stoporu (a) qoşulmalıdır (Şəkil 8.15). |