8.1.9.2. Asma mexanizmi
Asılan və qoşulan kənd təsərrüfatı texnikasını traktora aqreqatlaşdırarkən və onları nizamlayarkən asma mexanizmi mütləq endirilmiş vəziyyətdə olmalıdır (Şəkil 8.16). Bunun üçün hidravlik sistemin paylayıcısı “endirmə” vəziyyətinə gətirilməlidir. Traktora asılan kənd təsərrüfatı texnikası torpaqda tam oturmalıdır.
8.2. Kənd təsərrüfatı maşın və aqreqatlarının istifadəsi zamanı təhlükəsizlik tədbirləri
Hidravlik sistemin qüvvə silindrlərini qoruyucu tərtibatla mühafizə edin Hidravlik sistemin qüvvə silindrlərini qoruyucu tərtibatla mühafizə edilməlidir. Bu silindrin saxladığı işçi orqanın öz-özünə düşməsinin qarşısını alır (Şəkil 8.17).
8.2.1. Yükü boşaltma maşınları
Anbar daxilində yükləyici və boşaldıcı texnika işləyərkən kənar şəxslərin təhlükəsizliyini təmin edin Anbar daxilində yükləyici və boşaldıcı texnika işləyərkən kənar şəxslərin təhlükəsizliyini təmin edin (Şəkil 8.18). |