8.2.2. Təmir və xidmət işləri zamanı təhlükələr
Yüksək təzyiq və temperaturlu maye üz, bədən və əllərinizi yandıra bilər Diqqət! Radiatorun qapağını mühərrik işləyə-işləyə açmaq olmaz, mühərriki dayandırın bir neçə dəqiqə soyuducu mayenin soyumasını, təzyiqin aşağı düşməsini gözləyin (Şəkil 8.19).
8.2.3. Taxılyığan kombaynların biçən hissəsində nizamlama, xidmət və təmir işləri apararkən
təhlükələr
Diqqət! Taxılyığan kombaynların biçən hissəsində nizamlama, xidmət və təmir işləri aparmazdan əvvəl onu yaxşı bərkidin, altına dayaq qoyun (Şəkil 8.20).
8.2.3.1. Yanğın təhlükəsi
Mühərrikin üzərində oddan təhlükəli toz və saman, püfə, qılçıq hissəcikləri toplanır və yanğın təhlükəsi yaradır. Odur ki, hər gün mühərriki təmizləyin (Şəkil 8.21). |