8.2.3.2. Yanacaq təhlükəsi
Diqqət! Dizel yanacağına benzin, spirtli və başqa yanacaq qarışığı əlavə etmək olmaz. Bu yanğın təhlükəsi yaradır. Mühərrik işləyə-işləyə yanacaq qabının ağzını açmaq olmaz. Mühərrik işləyə-işləyə və ya tam soyumamış halda yanacaq qabına yanacaq əlavə etmək olmaz (Şəkil 8.22).
8.2.3.3. Akumlatorda təhlükə
Diqqət! Akumlatorda kümü turşulu elektrolit maye var. Onunla işlədikdə ehtiyatlı olmaq lazımdır. Elektrolitin səviyyəsini yoxlayarkən açıq alovdan, alışqandan istifadə etmək təhlükəlidir (Şəkil 8.23).
8.2.3.4. Yüksək təzyiqli yağ və yanacaq dərinin altına keçməsi təhlükəsi
Diqqət! Hidravlik sistemdə yağ və yanacaq axması müşahidə etsəniz onu əl
ilə axtarmayın və yoxlamayın. Yüksək təzyiqli yağ və yanacaq dərinin altına asan keçə bilir.
Bu məqsədlə faner və ya kordon parçasından istifadə edin. Qoruyucu əlcək və eynəkdən
istifadə edin (Şəkil 8.24).
|